VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT KAMRAN KAZIMOV

Стандартный

Kamran Qurbanəli oğlu Kazımov (7 dekabr 1990Voloqda vilayətiRusiya — 5 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş leytenantı.

Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Voloqda vilayətinin Vaşhi rayonunda anadan olub. . 1992-ci ilin iyul ayından ailəi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. Kamran Kazımov 1997-2008-ci illərdə Xətai rayonunun 63 nömrəli tam orta məktəbində təhsil alıb.

Ailəli və 2 övlad atası idi.

2010-cu ildə Xətai Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2011-ci ilə qədər Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Kamran Kazımov müddətdən artıq hərbi xidmətə başladı.

2012-2014-cü illərdə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona «leytenant» hərbi rütbəsi verilib. 2014-cü ildən Daxili Qoşunların sıralarında müxtəlif vəzifələrdə xidmət edib. 

Baş leytenantı olan Kamran Kazımov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində bir sıra strateji nöqtələrin azad olunmasında fərqlənib, həmçinin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

Обсуждение закрыто.