VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏCƏB QULİYEV

Стандартный

Rəcəb Elşən oğlu Quliyev (5 dekabr 1997Şamaxı rayonuAzərbaycan — 9 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Rəcəb Quliyev 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınZəngilanınXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Noyabrın 9-da Şuşa döyüşlərində həlak olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.