VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TAPDIQ AĞAYEV

Стандартный

Tapdıq Çingiz oğlu Ağayev (2 dekabr 1990Qəbələ rayonuAzərbaycan SSR — 8 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Tapdıq Ağayev 1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində anadan olub. 1996-2005-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində,  2006-2010-cu illərdə isə Sənaye-Pedaqoji Kollecində təhsil alıb.

Tapdıq Ağayev 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Обсуждение закрыто.