VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAMRAN ƏSGƏROV

Стандартный

Kamran Bayram oğlu Əsgərov (2 dekabr 1993; Düz CırdaxanTovuz rayonu — 22 oktyabr 2020; Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Kamran Əsgərov 1993-cü il dekabrın 2-də Tovuz rayonunun Düz Cırdaxan kəndində anadan olub.[2000–2011-ci illərdə R. İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Kamran Əsgərov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 Kamran Əsgərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə könüllü olaraq iştirak edib. Ooktyabrın 22-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı həlak olub. Tovuz rayonunun Düz Cırdaxan kəndində dəfn edilib.

Обсуждение закрыто.