VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GÜNDÜZ ABDULLAYEV

Стандартный

Gündüz Çingiz oğlu Abdullayev (1 dekabr 1999Biləsuvar rayonuAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Gündüz Abdullayev 1999-cu il dekabrın 1-də Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. 2007-2018-ci illərdə Zəhmətabad kənd tam orta məktəbində təhsil alıb.

Gündüz Abdullayev 2018-2020-ci illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Gündüz Abdullayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin birinci günü Murovdağ istiqamətində gedən döyüşlərdə həlak olub. 17 dekabr 2020-ci il tarixində Biləsuvar rayonunda dəfn edilib.

Обсуждение закрыто.