HELIKOPTER QƏZASINDA 14 NƏFƏR ÖLÜB, IKI NƏFƏR YARALANIB

Стандартный

“Qaraheybət” aviasiya poliqonunda planı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib.
 Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev deyib ki, qəza nəticəsində ölənlər və yaralananlar var. Qəza nəticəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb.

HƏLAK OLANLAR:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu; 2. polkovnik-leytenant  Nəzirov Emil Nəzir oğlu;  3. mayor Həsənov Elmir Mircəlil oğlu; 4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 5. mayor Mayılov Emil Şahid oğlu; 6. mayor Məmmədov Murad Yaşar oğlu; 7. mayor Əliyev Emil Elman oğlu; 8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu; 11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu; 12. leytenant  Süleymanov Abdulla Telman oğlu; 13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu; 14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

YARALANANLAR:
polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu

Реклама

Обсуждение закрыто.