Daily Archives: 30.11.2021

HELIKOPTER QƏZASINDA 14 NƏFƏR ÖLÜB, IKI NƏFƏR YARALANIB

Стандартный

“Qaraheybət” aviasiya poliqonunda planı təlim uçuşları keçirərkən helikopterimiz qəza enişi edib.
 Dövlət Sərhəd Xidmətinin rəisi müavini İlham Mehdiyev deyib ki, qəza nəticəsində ölənlər və yaralananlar var. Qəza nəticəsində 14 nəfər ölüb, 2 nəfər yaralanıb.

HƏLAK OLANLAR:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu; 2. polkovnik-leytenant  Nəzirov Emil Nəzir oğlu;  3. mayor Həsənov Elmir Mircəlil oğlu; 4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 5. mayor Mayılov Emil Şahid oğlu; 6. mayor Məmmədov Murad Yaşar oğlu; 7. mayor Əliyev Emil Elman oğlu; 8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu; 11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu; 12. leytenant  Süleymanov Abdulla Telman oğlu; 13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu; 14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

YARALANANLAR:
polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏBRİZ ALMƏMMƏDOV

Стандартный

Təbriz Letman oğlu Alməmmədov (28 noyabr 1995SumqayıtAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Təbriz Alməmmədov 1995-ci il noyabrın 28-də Sumqayıt şəhərində anadan olub.

 Təbriz Alməmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMİRXAN BABAYEV

Стандартный

Əmirxan Mirilham oğlu Babayev (28 noyabr 1998Yeni Suraxanı – 18 oktyabr 2020HadrutXocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əmirxan Babayev Mirilham Oğlu 28 noyabr 1998-ci ildə Bakı şəhəri Yeni Suraxanı qəsəbəsində anadan olmuşdur.  İlk təhsilini Suraxanı Rayon 89 nömrəli tam orta məktəbdə almışdır.

18 yaşında həqiqi hərbi xidmətə yollanıb və hərbi xidmətini başa vurub. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. 18 oktyabr 2020-ci ildə Hadrut uğrunda gedən döyüşlərdə həlak olub.  Yeni Suraxanı qəsəbəsində dəfn edilib.

Военный вертолет Азербайджана разбился во время учений

Стандартный

 Военный вертолет Государственной пограничной службы Азербайджана потерпел крушение во вторник при проведении тренировочных полетов.

Инцидент произошел 30 ноября около 10:40 по местному времени (09:40 по Москве), на аэродроме Гарахейбат в Хызынском районе республики, говорится в совместном заявлении Госпогранслужбы и Генпрокуратуры Азербайджана.

«Среди членов экипажа вертолета есть погибшие и раненые», — отмечается в сообщении.

На место происшествия прибыло руководство Госпогранслужбы и Генпрокуратуры. «В настоящее время ведется совместное расследование», — подчеркивается в заявлении.

https://www.interfax.ru/world/805710

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.