VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR ƏSGƏROV

Стандартный

Vüqar Rza oğlu Əsgərov (26 noyabr 1994 — Şərur (indiki Kəngərli), Naxçıvan MR — 26 oktyabr 2020Şuşa)- Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əsgərov Vüqar 1994-cü il noyabrın 26-da Şərur (indiki Kəngərlirayonunun Qarabağlar kəndində anadan olub. 2001-2012-ci illərdə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qəbul olub, lakin maddi çətinliklərə görə təhsilini davam etdirə bilməyib. 

 Əsgərov Vüqar 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  25 oktyabr 2020- ci ildə Şuşa ətrafında gedən döyüşlərdə həlak olub.

Обсуждение закрыто.