VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TURQUT KEÇİLİYEV

Стандартный

Turqut Aydın oğlu Keçiliyev (26 noyabr 1997HənifəBalakən rayonu — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Turqut Keçiliyev 1997-ci il noyabrın 26-da Balakən rayonunun Hənifə kəndində anadan olub. 2004-2015-ci illərdə 1 saylı Qazma kənd tam orta məktəbində təhsil alıb.

Subay idi.

Turqut Keçiliyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliXocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Turqut Keçiliyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Hənifə kəndində torpağa tapşırılıb.

Обсуждение закрыто.