Daily Archives: 28.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR ELÇİN MANSUROV

Стандартный

Elçin Elşən oğlu Mansurov (25 noyabr 1984Binə – 27 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru,  Vətən Müharibəsi Qəhrəmanı.

Elçin Mansurov 1984-cü il noyabrın 25-də Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən «Aviaşəhərcik» adlanan aeroport işçilərinin yaşadığı şəhərcikdə anadan olub. Əslən Yardımlı rayonunun Kürəkçi kəndindən idi.

Elçin Mansurov ilk təhsilini əvvəlcə Binə qəsəbəsində yerləşən 149 nömrəli orta məktəbdə alıb. Ailə vəziyyəti ilə əlaqədar olaraq Yasamal rayonuna köçən Elçin Mansurov burada 286 nömrəli orta məktəbi təhsilini davam etdirib. 8-ci sinifdən sonra Yardımlı rayonunun Kürəkçi kənd məktəbində təhsil alan Elçin Mansurov orta təhsilini bu məktəbdə başa vurub. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2007-ci ildə ali hərbi məktəbi nümunəvi kursant olaraq bitirdikdən sonra təkmilləşdirmə kursu keçib.  2007-ci ilin iyul ayında Tovuzda yerləşən  hərbi hissədə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 2009-cu ildən Goranboyda yerləşən  hissədə kəşfiyyatçı zabit olaraq xidmət edib. 

Elçin Mansurov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlər iştirak etmişdir.  2020-ci ildə ona mayor rütbəsi verilib.

Mayor Mansurov 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazisinin erməni işğalından azad edilməsi uğrunda başlanan müharibənin birinci günü Füzuli istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Nəşi 10 0ktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapılıb və və ertəsi gün II Şəhidlər Xiyabanında torpağa tapşırıldıb.

VƏTƏN MÜHARBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN NAMAZOV

Стандартный

Orxan Ceyhun oğlu Namazov (24 noyabr 1994Goranboy rayonuAzərbaycan — 10 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Namazov 1994-cü il noyabrın 24-də Goranboy rayonunun Xoylu kəndində anadan olub.

Orxan Namazov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Ağdərə istiqamətində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏYYUB BƏŞİROV

Стандартный

Əyyub Ramiz oğlu Bəşirov (24 noyabr 1998Yevlax rayonuAzərbaycan — 16 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Əyyub Bəşirov 1998-ci il noyabrın 24-də Yevlax rayonunun Ərəş kəndində anadan olub.

Əyyub Bəşirov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində  iştirak etmiş,  oktyabr 16-da Suqovuşan ətrafında gedən döyüşlərdə həlak olmuşdur.