Daily Archives: 27.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RZA MƏMƏDOV

Стандартный

Rza Əskər oğlu Məmmədov (23 noyabr 2001GöylərŞamaxı rayonu — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Rza Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

2007-2018-ci illərdə 2 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. Bu müddət ərzində Şamaxı rayon İncəsənət Təhsili Mərkəzində də səs üzrə (xanəndə) təhsil alıb.

Subay idi.

Rza Məmmədov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Müharibənin birinci günü həlak olub. Şamaxı rayonunun Göylər kəndində torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN NƏZƏROV

Стандартный

Elməddin İsmayıl oğlu Nəzərov (22 noyabr 1996Masallı rayonuAzərbaycan — 30 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elməddin Nəzərov 1996-cı il noyabrın 22-də Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. Subay idi.

Elməddin Nəzərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da həlak  olub. Masallı rayonunda dəfn edilib.