Daily Archives: 19.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL GÜLƏLİYEV

Стандартный

Güləliyev Vüsal Azər oğlu (19 noyabr 2001Siyəzən, — 29 oktyabr 2020Xocavənd), — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Güləliyev Vüsal Azər oğlu 19 noyabr 2001-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. 2019-cu ildə Siyəzən şəhər 5 saylı tam orta məktəbini bitirmişdir. 2020 -ci ilin yanvarın 6-da həqiqi hərbi xidmətə yollanmışdır. 29 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR RUSLAN CƏFƏROV

Стандартный

Ruslan Gündüz oğlu Cəfərov (19 noyabr 1976Azərbaycan — 11 oktyabr 2020XocavəndAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Mayor Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.