Daily Archives: 18.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN ORUCOV

Стандартный

Elvin Rövşən oğlu Orucov (18 dekabr 1991Qazax rayonuAzərbaycan— 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi.

Elvin Orucov 1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. 1999-2005-ci illərdə Rusiya Federasiyasının Nijni Novqorod şəhərində, 2005-2009-cu illərdə İ.Qayıbov adına 3 saylı Qazax şəhər tam orta məktəbində təhsil alıb.

Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.

Elvin Orucov 2010-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 2013-cü ildən gizir vəzifəsində  hərbi qulluqçu idi. 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.

 Elvin Orucov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin birinci günü həlak olub. Qazax rayonunda torpağa tapşırılıb.