
Vüqar Telman oğlu Ələkbərov (16 noyabr 1994; Ucar rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri.
Vüqar Ələkbərov 1994-cü il noyabrın 16-da Ucar rayonunun Qazyan kəndində anadan olub. 2001-2010-cu illərdə Qazyan kənd 2 nömrəli tam orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində «Avtomobilin təmiri və servisi» ixtisası üzrə təhsil alıb.
Vüqar Ələkbərov 2014-cü ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə çağırıldı. 2014-2016-cı illərdə Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdi. Hərbi xidməti zamanı fərqləndiyinə görə «baş əsgər» hərbi rütbəsi aldı. 2016-cı ilin yanvarından Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətə başladı. 2017-ci ilin yanvar ayında Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsində (XTD) xidmətini davam elədi. Həmin ilin fevral ayında isə xidmətini Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsində davam elədi. 2017-ci il mayın 29-da nümunəvi xidmətinə görə «kiçik gizir» hərbi rütbəsi alaraq İriçaplı Pulemyot Yarımqrupunun Komandiri vəzifəsinə təyin edildi.
Vüqar Ələkbərov 2018-ci ildə «gizir» hərbi rütbəsi aldı və bir il sonra, 2019-cu ildə Xüsusi Təyinatlı Dəstənin zirehli maşınlar üzrə rəhbəri vəzifəsinə təyin edildi.
Vüqar Ələkbərov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağı istiqamətində gedən döyüşlərdə, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 12-də Füzuli döyüşləri zamanı həlak olub. Ucar rayonunun Qazyan kəndində dəfn edilib.
vikipediya
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.