Daily Archives: 15.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BABƏK ASLANOV

Стандартный

Babək Sakit oğlu Aslanov (15 noyabr 1994Tovuz rayonuAzərbaycan — 3 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Babək Aslanov 1994-cü il noyabrın 15-də Tovuz rayonunun Yanıqlı kəndində anadan olub.[1] 2001-2012-ci illərdə A. Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb.

Babək Aslanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Gizir  Babək Aslanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 3-də həlak olub. Tovuz rayonunun Yanıqlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİR HÜSEYNOV

Стандартный

Samir Əlizadə oğlu Hüseynov (15 noyabr 1994VovLerik rayonuAzərbaycan — 10 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Samir Hüseynov 15 noyabr 1994-ci ildə Lerik rayonunun Vov kəndində anadan olmuşdur. Orta təhsilini 2001-ci ildən şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində almışdır.

Orta məktəbi bitirdikdən sonra 2013-cü ilin yanvar ayında hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən “N” saylı hərbi hissədə xidmət etmişdir. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra Rusiyaya gedərək bir müddət işləmişdir. 2016-cı ildə könüllü olaraq yenidən hərbi sahəyə qayıtmış və Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.

 Samir Hüseynov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində CəbrayılınFüzulininZəngilanınXocavəndinQubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GÜLVERDİ QASIMOV

Стандартный

Gülverdi Abil oğlu Qasımov (15 noyabr 1997QobuAbşeron rayonu – 26 oktyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Gülverdi Qasımov 1997-ci il noyabrın 15-də Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub.

Gülverdi Qasımov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 26-da həlak olub. Abşeron rayonunda dəfn edilib.