VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN SALEHOV

Стандартный

Orxan Fikrət oğlu Salehov (14 noyabr 1999ŞamaxıAzərbaycan — 6 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Salehov 1999-cu il noyabrın 14-də Şamaxı şəhərində anadan olub.  2006-2017-ci illərdə 10 saylı Şamaxı şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Orxan Salehov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib.

 Orxan Salehov 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da həlak olub. Şamaxı şəhərində Yeddi Günbəz qəbiristanlığında dəfn edilib.

Обсуждение закрыто.