Daily Archives: 13.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏXAVƏT HƏSƏNOV

Стандартный

Səxavət Həsənov (tam adı: Səxavət Alim oğlu Həsənov; 13 noyabr 1994Gəncə – 3 noyabr 2020Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Səxavət Həsənov Alim oğlu 13 noyabr 1994-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Orta təhsilini  39 nömrəli tam orta məktəbdə almışdır.  Hərbi xidmətini bitirdikdən sonra  Gəncə Mallda mühafizəçi işləməyə başlamışdır.

Səxəvət Həsənov Alim oğlu 2020-ci ilin sentyabr ayında Gəncə şəhər Kəpəz rayonun səfərbərlik şöbəsinə könüllü olaraq müraciət edib və sentyabrın 23-də hərbi təlimlərə yollanıb və 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində iştirak edib.  3 noyabr 2020-ci ildə tarixində Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAHİB MƏMMƏDOV

Стандартный

Sahib Yaşar oğlu Məmmədov (13 noyabr 1989Culfa rayonuAzərbaycan SSR — 19 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu.

Sahib Məmmədov 1989-cu il noyabrın 13-də Culfa rayonunun Yaycı kəndində anadan olub.[1] Ailəli idi. Ayla, Məryəm və Rübabə adında üç qızı yadigar qaldı.

Sahib Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sahib Məmmədov oktyabrın 19-da Füzuli döyüşləri zamanı həlak olub. Culfa rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ABAS ŞAHBAZOV

Стандартный

Abas Cavad oğlu Şahbazov (13 noyabr 1996İmişli rayonuAzərbaycan — 5 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Abas Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub.

 Abas Şahbazov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi  üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 5-də Füzuli döyüşləri zamanı həlak olub.