Daily Archives: 12.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏJDƏR DADAŞOV

Стандартный

Əjdər Pənah oğlu Dadaşov (12 noyabr 1996Salyan rayonuAzərbaycan — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Əjdər Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub.

 Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib və  sentyabrın 29-da Suqovuşan döyüşlərində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GÜNƏŞ QOCAYEV

Стандартный

Günəş Əfqan oğlu Qocayev (12 noyabr 1996Xaçmaz rayonuAzərbaycan — 1 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Günəş Qocayev 1996-cı il noyabrın 12-də Xaçmaz rayonunun Palçıqoba kəndində anadan olub.

 Günəş Qocayev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd  uğrunda gedən döyüşlərdə savaşıb. Günəş Qocayev noyabrın 1-də həlak olub. Xaçmaz rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏBUHİ QASIMOV

Стандартный

Səbuhi Telman oğlu Qasımov (12 noyabr 2001; Şəmkir rayonuAzərbaycan — 18 noyabr 2020; Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Səbuhi Qasımov 2001-ci il noyabrın 12-də Şəmkir rayonunda anadan olub.[1] 2009–2018-ci illərdə C. Rüstəmov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.

Səbuhi Qasımov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Səbuhi Qasımov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib  və Xocavənd  uğrunda gedən döyüşlərdə həlak olub. Noyabrın 18-də Şəmkir rayonunda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVANŞİR ƏHMƏDOV

Стандартный

Cavanşir Xeyrulla oğlu Əhmədov ( 12 noyabr 1999 — 15 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Əhmədov Cavanşir Xeyrulla oğlu 12 noyabr 1999-cu ildəQaradağ rayonu Ələt qəsəbəsində anadan olub. 2016-cı ildə  qəsəbədə yerləşən orta məktəbin orta məktəbi bitirərək  Bakı İnşaat Kollecində təhsilini davam etdirir. Hərbiyə olan marağı onu atıcılıq kurslarına da yazılmağa sövq edir. Cavanşir orada snayper bacarıqlarına yiyələnir və kursda eyni zamanda özü də təlim keçməyə başlayır. 2020-ci ilin iyul ayında isə kolleci mühəndislik ixtisası üzrə bitrərək  hərbi xidmətə yollanır.

Müharibə başlayan ilk gündən o,  ön cəbhədə vuruşur. Cavanşir ilk öncə Murovdağ zirvəsinin, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad olunmasında fəal iştirak edib.  15 oktyabr 2020-ci ildə tarixində Xocavənd döyüşlərində  həlak olmuşdur.