VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VAHİD ƏLİSOLTANOV

Стандартный

Vahid Tahir oğlu Əlisoltanov (10 noyabr 1994Balakən rayonuAzərbaycan — 24 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2011-2012-ci illərdə M. Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Vahid Əlisoltanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vahid Əlisoltanov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı həlak olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.