Daily Archives: 10.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VAHİD ƏLİSOLTANOV

Стандартный

Vahid Tahir oğlu Əlisoltanov (10 noyabr 1994Balakən rayonuAzərbaycan — 24 oktyabr 2020Qubadlı rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. 2011-2012-ci illərdə M. Müşfiq adına Gərəkli kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Vahid Əlisoltanov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vahid Əlisoltanov oktyabrın 24-də Qubadlı döyüşləri zamanı həlak olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÖVŞƏN ALLAHVERDİYEV

Стандартный

Rövşən Fərrux oğlu Allahverdiyev (10 noyabr 1991Ağcabədi rayonuAzərbaycan — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Rövşən Allahverdiyev 1991-ci il noyabrın 10-da Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 1998-2009-cu illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb.

Rövşən Allahverdiyev 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ildən  müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə Beyləqan rayonunda, «Həmlə»taborunda davam edirdi.

 Rövşən Allahverdiyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib və  sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏMRAH İSMAYILOV

Стандартный

Əmrah Xudaverdi oğlu İsmayılov (10 noyabr 1994CəlilkəndNaxçıvan Muxtar Respublikası – 1 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Əmrah İsmayılov 1994-cü il noyabrın 10-da Şərur rayonunun Cəlil kəndində anadan olub.

Əmrah İsmayılov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 1-də Şuşa döyüşləri zamanı həlak olub.