Xəyyam Əli oğlu Əzizov (8 noyabr 1995, Züd-Ost Qoltuq, Neftçala rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.
Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində fəhlə ailəsində anadan olub. . 2010-cu ildə 8-ci sinfi bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2013-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və leytenant hərbi rütbəsi alıb. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. 2020-ci ildə Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir. 27 sentybar 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edir.
Baş leytenant Xəyyam Əzizov noyabrın 8-də Şuşada həlak olub. Neftçala şəhərində dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.