Daily Archives: 08.11.2021

PREZİDENT FAİZL MUSTAFANIN BAŞINA DƏMİR YUMRUQ VURAR, ANCAQ TƏBRİK ELƏMƏZ!

Стандартный

Azərbaycanın kütləvi informasya vasitələri (“kütləvi” sözünün “kütlə” hissəsinə fikir verin – Azəebaycan dövlətinin kütlə üçün yayığı informasoyanın keyfiyyəti necə olar? Hamımız bilirik ki, Azərbaycanda dövlət kütləyə necə baxır və kütləni təşkil edən insanları adamdan çox ucuz tuikinti materialı və hətta kibrit çöpü sayır) car çəkirlər ki, prezident Fazil Mustafanı təbrik edib. Bu, başlıqdadır. Xəbərin özünü oxuyursan, görürsən ki, Fazil Mustafanı şəxsən prezident yox, hətta administrasiya rəhbəri yox, administrasiyanın şöbə müdiri Ədalət Vəliyev təbrik edib.

İnanan daşa dönsün!

Administrasiyanın şöbə müdiri yəqin İlham Əliyevi son dəfə altı-yeddi ay bundan qabaq görüb. Əgər görübsə. Belə çıxır ki, İlham Əliyev telefonla Ədalət Vəliyevlə danışıb, xahiş edib ki, Fazil Mustafanı onun adından təbrik etsin. Buna inanmaq mümkün deyil. İlham Əliyev Fazil Mustafanı təbrik etmək istəsəydi, ona özü niyə zəng vurmurdu?

Ədalət, ah Ədalət!

Mən Mitrzə Əlil olaraq yüz faiz əminəm ki, müzəffər baş komandan heç vaxt Fazil Mustafa kimi adamı təbrik etməz, çünki Fazil Mustafa antmilli ünsür olub, özü də yekəsindən, çünki cəbhəçilik eləyib, yüksək vəzifə tutub Elçibəyin yanında, yəni torpaqları satıb erməniyə, pulunu yeyib. İndi müzəffər komandan Fazil Mustafanın başqa cəbhəçilərlə sövdələşib satdığı torpaqları dəmir yumruğuyla geri qaytarır. Yəni desələr ki, İlham Əliyev Fazil Mustafanın başına dəmir yumruq endirib, inanaram, ancaq onu təbrik eləməyinə yox.

Bir də ki, Zəfər gününün təbriki Fazil Mustafaya ona görə düşmür ki, bu zəfərdə onun heç bir iştirakı yoxdur. leriklinin, masallılının, biləsuvarlının, salyanlının, tovuzlunun, beyləqanlının sütül uşağı cəbhədə öləndə bu naxçıvanlı antimilli ünsür Bakıda layiq olmadığı deputat maaşı alal-ala, başqa çax-çuxla eləylə eləyə kef çıkib. O sütül uşaqların ahı bu pozğun deputatları tutsun, qan qussunlar.

Biri də var, Aqil Abbas, deyir gedək qalan ermənilərin başını əzək. Özü də “biz” deyir”.

Ay soğanbaş, sənin “biz” deməyə haqqın var? Sən vuruşmusan? Oğlun vuruşub? Yenə istəyirsən yenə bu yazıq fəhlə-kəndlinin uşağı qırlılsın? Oturmusan layiq olmadığın yerdə, qafiyəbaz qayınatandan elə bil irs almısan, utanıb-qızarmırsan, heç olmasa ağzına su alıb sus…

Qayıdaq bizim qoyunlara. Yəni fransızların dediyi kimi bizim qoçlara. Yəni Fazil Mustafaya. Guya prezident xahiş edib ki, Ədalət müəllim Böyük quruluş partiyasının üzvlərini də təbrik etsin.

Yəni Lenin demişkən, var belə partiya? Hardadır? Neçə üzvü var? O üzvlər Fazil Mustafanın ailə üzvləridir ya ayrı, türkün məsəli, üzvlər də var? Böyük quruluş nə deməkdir? Yəni kiçik quruluşdan fərqli olan bir şey? Bəs kiçik quruluş nədir? Elçibəyin hökuməti?

Yeri gəlmişkən sual: Azərbaycanda siyasi partiya ola bilər? Yox, ola bilməz. Siyasi partiya hakimiyyət uğrunda mübarizə aparır. Azərbaycanda hakimyyət uörunda mübarizə aparanın adı antimilli ünsür, yeri də Kürdəxanı və ya buna bəzər başqa səfalı yerlərdir.

Ona görə bu partiyalar rəhbərliyin avam, qara camaat saydığı kütlənin başını qatmaq üçündür. Fazil Mustafanın doktorluq dissertasiyasına and olsun!

Yenə qayıtdıq antimilli ünsürlərə…

İlham Əliyev tez-tez antimilli ünsürlərdən danışır, ancaq hər dəfə ad çəkmir. Dəqiq bilmirsən ki, kimi deyir. Gərək özün fantaziyanı işə salasan. Zənnimcə, Fazil Mustafa şübhəsiz-sadsız antimilli ünsürdür, özü də xalisindən. Çünki dönə-dönə cildini dəyişib.

Vikipediyada Fazil Mustafa haqqında məqaləyə baxdım, bilmədim ağlayam ya güləm.

Beş dəfə başqan seçilib! Beş dəfə! Başqan!

On doqquz kitabın müəllifidir! Yəni az qalıb Aleksandr Dümaya çata. Ata Dümaya. Oğul dümünı keçib.

Fəlsəfə doktorudur!

Ay mənim xalqım, indi bildin sənin başın niyə ağrrıyır? Çünki sənin doktorun Fazil Mustafa kimi ünsürlərdir!

Mirzə ƏLİL

 08.11. 2021, Samara

«TOVUZ DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: MAYOR NAMİQ ƏHMƏDOV

Стандартный

Namiq Hajan oğlu Əhmədov (1984 və ya 8 noyabr 1984Yuxarı SalahlıQazax rayonu – 14 iyul 2020Tovuz rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru.

Namiq Əhmədov 8 noyabr 1984-cü ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. 2002-ci ildə şəhid Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbinİ bitirmiş,  2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2006-cı ildə ali hərbi məktəbi artilleriya ixtisası ilə bitirmişdir. 2007-ci ildə Təlim Tədris Mərkəzində zabit kursunda təhsilini davam etdirmişdir.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və CəbrayılFüzuli istiqamətlərində şiddətli döyüşlərdə Namiq Əhmədov da  iştirak edirdi. Döyüşlərdə fərqlənməsi və fəallığı yüksək qiymətləndirilmiş, fəxri fərmanla təltif edilmişdir. Həmçinin, ona vaxtından əvvəl mayor rütbəsi verilmişdir.

2020-ci il iyulun 12-dən 13-nə ötən gecədən başlayaraq cəbhənin Tovuz rayonu, xüsusilə, rayonun Ağdam kəndi istiqamətində şiddətli döyüşlər başladı. Bu döyüşlər tarixə Tovuz döyüşləri olaraq yazıldı.  Mayor Namiq Əhmədov da bu döyüşlərdəiştirak edirdi. O, 2020-ci il iyulun 13-dən 14-nə ötən gecə həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN KƏNAN İSRAFİLOV

Стандартный

Kənan Faiq oğlu İsrafilov (8 noyabr 1990ŞirinbulaqŞəki rayonuAzərbaycan — 5 oktyabr 2020SuqovuşanTərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Kənan İsrafilov 8 noyabr 1990-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində  anadan olub.

Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 20082012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 20132018-ci illərdə Murovdağda komandir vəzifəsini icra etmişdir.  2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi xidmətini davam etdirmişdir.

27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri olaraq iştirak etmişdir.  5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NƏCMƏDDİN BƏDİROV

Стандартный

Nəcməddin Nurəddin oğlu Bədirov (8 noyabr 2001Düz QırıqlıTovuz rayonuAzərbaycan — 10 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nəcməddin Bədirov 2001-ci il noyabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. 2007–2018-ci illərdə Düz Qırıqlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. Nəcməddin Bədirovun əmisi Polad Bədirov Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdu.

Nəcməddin Bədirov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.  2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib  və 10 oktyabr 2020-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə həlak olub. Nəcməddin Bədirov bir müddət itkin kimi axtarılıb. Noyabrın 23-də həlak olduğu təsdiqlənib. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAMİR MEHDİYEV

Стандартный

Samir Vaqif oğlu Mehdiyev (8 noyabr 1993Xəzər rayonuAzərbaycan — 5 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Samir Mehdiyev 1993-cü il noyabrın 8-də Xəzər rayonunun Zirə qəsəbəsində anadan olub.

 Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsndə iştirak edib və  noyabrın 5-də Şuşa döyüşlərində həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT XƏYYAM ƏZİZOV

Стандартный

Xəyyam Əli oğlu Əzizov (8 noyabr 1995Züd-Ost QoltuqNeftçala rayonu – 8 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi.

Xəyyam Əzizov 8 noyabr 1995-ci ildə Neftçala şəhərində fəhlə ailəsində anadan olub.  . 2010-cu ildə 8-ci sinfi  bitirdikdən sonra  Cəmşid Naxçıvanski adına hərbi liseyə,  2013-cü ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və leytenant hərbi rütbəsi alıb. Leytenant Xəyyam xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. 2020-ci ildə  Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir.  27 sentybar 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edir. 

Baş leytenant Xəyyam Əzizov noyabrın 8-də Şuşada həlak olub. Neftçala şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AKİF BƏŞİROV

Стандартный

Akif Vahid oğlu Bəşirov (8 noyabr 1988SoyuqbulaqAğstafa rayonu — 3 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Akif Bəşirov 1988-ci il noyabrın 8-də Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsində dünyaya göz açıb.[1] 1995–2006-cı illərdə M. Omarov adına Soyuqbulaq qəsəbə tam orta məktəbində təhsil alıb.

Akif Bəşirov 2007–2008-ci illərdə Füzuli rayonunda yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.  2020-ci il sentyabrın 27-də tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  könüllü olaraq iştirak edib. Oktyabrın 3-də Suqovuşan döyüşlərində  həlak olub. Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindı dəfn edilib.