Daily Archives: 07.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT SAMİR ŞÜKÜROV

Стандартный

Samir Təyyub oğlu Şükürov (7 noyabr 1974Lerik rayonuAzərbaycan SSR — 8 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Samir Şükürov 1974-cü il noyabrın 7-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. Ailəli idi. 2 oğlu və 1 qızı yadigar qaldı.

 Samir Şükürov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də həlak olub. Binə Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN ŞAHMAR QULİYEV

Стандартный

Şahmar Kəmaləddin oğlu Quliyev (7 noyabr 1991NaxçıvanAzərbaycan — 28 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Şahmar Quliyev 1991-ci il noyabrın 7-də Naxçıvan şəhərində anadan olub.  Ailəli idi. Bir övladı yadigar qaldı.

Kapitan Şahmar Quliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-də həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏBBƏT MƏMMƏDOV

Стандартный

Məhəmməd Abbas oğlu Məmmədov (7 noyabr 1998AğcabədiAzərbaycan — 7 noyabr 2020QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məhəmməd Məmmədov 7 noyabr 1998-ci ildə Ağcabədi şəhərində anadan olmuşdur. 2005-2016-cı illərdə Ş. Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə təhsil almışdır. Hərbi xidmətini başa vurduqdan sonra Ağcabədidə və Bakıda çalışmışdır.

Məhəmməd Məmmədov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində  FüzulininCəbrayılınZəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü kimi iştirak etmişdir. Məhəmməd Məmmədov 7 noyabr 2020-ci ildə Qubadlı istiqamətində həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilmişdir.