Daily Archives: 06.11.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VAQİF İSMAYILZADƏ

Стандартный

Vaqif Vüqar oğlu İsmayılzadə (6 noyabr 1996ŞahsevənBeyləqan rayonu — 20 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Vaqif İsmayılzadə 1996-cı il noyabrın 6-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayonundan idi.

Vaqif İsmayılzadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində çalışırdı.  2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdəiştirak edib və oktyabrın 20-də həlak olub. Beyləqan rayonunda dəfn edilib.

BİR GÜNDƏ HƏLAK OLMUŞ İKİ QARDAŞDAN BİRİ: ASƏF MƏMİYEV

Стандартный

Asəf Qəni oğlu Məmiyev (1972-ci il HoçazLaçın rayonu Azərbaycan SSR SSRİ1992-ci il Hoçaz Laçın rayonu Azərbaycan) — Azərbaycan silahlı qüvvələrinin əsgəri.

Məmiyev Asəf Qəni oğlu. 1972 ci ildə Laçın rayonunun Hoçaz kəndində anadan olub

Asəf Məmiyev 1992-ci ildə orta məktəbi bitirib, iyun ayında Kəlbəcər rayonu istiqamətində Laçın batalyonunun tərkibində könüllü hərbi xidmət keçməklə cəbhə bölgəsinə yollanmişdir. Asəf Pircahan kəndində qardaşı Kamilin xidmət etdiyi (Şəhid Vaqif Quliyevin komandir olduğu briqada) könüllülərdən ibarət briqadaya qoşulmuş və döyüşlərdə iştirak etmişdir. Həmin briqada Hoçaz kəndinə daxil olub qəhrəmancasına vuruşalar  da, erməni sinayperçisi tərəfindən 9 nəfər, o cümlədən Asəf və Kamil qardaşları vurularaq həlak olmuşlar. Şəhid qardaşların məzarları Tərtər rayonunun Ələsgərli kənd (kecmiş Nar zavodu) qəbirstanlığındadır.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN MƏTLƏB OĞLU İSGƏNDƏROV

Стандартный

Elvin Mətləb oğlu İskəndərov (6 noyabr 1989Yevlax rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Elvin İskəndərov 1989-cü il noyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olub.  Ailəli idi. 2 övladı yadigar qaldı.

A Elvin İskəndərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin birinci günü  Suqovuşan döyüşlərində həlak olub.