
Əhməd Rəcəb oğlu Mollaçiyev (2 noyabr 1997; Mollaçıbinə, Balakən rayonu — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Əhməd Mollaçiyev 1997-ci il noyabrın 2-də Balakən rayonunun Mollaçıbinə kəndində anadan olub.
2004-2013-cü illərdə Ə.Şirinov adına Qaravəli kənd tam orta məktəbində təhsil alıb.
Subay idi.
Əhməd Mollaçiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2016-ci ilin 2-5 aprelində baş verən döyüşlərin iştirakçısı olub.
Əhməd Mollaçiyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.
Əhməd Mollaçiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı həlak olub. Balakən rayonunun Mollaçıbinə kəndində torpağa tapşırılıb.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.