Samir Qəfərli (tam adı: Samir Möhlət oğlu Qəfərli; 1 noyabr 1994, Bərgüşad, Ucar rayonu, Azərbaycan – 30 oktyabr 2020, Laçın, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Samir Qəfərli 1 noyabr 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. 2012-ci ildə orta məktəbi bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olmuşdur. Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası ilə təhsilini davam etdirmişdir. Təhsilində bir müddət fasilə yaranan Samir 2016-cı ildə təhsilini yenidən davam etdirmiş və 2019-cu ildə həmin məktəbi bitirmişdir. Təhsil aldığı müddətdə Samir Qəfərli Xəzər TV-də yayımlanan «Ata ocağı» serialına çəkilmişdir. 2019-cu ilin oktyabr ayında hərbi xidmətə yollanmışdır.
Samir Qəfərli 2020-ci il sentyabrın 27-dən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Sonuncu dəfə ailəsi ilə 15 oktyabrda əlaqə saxlamışdır. Cəbrayılın, Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, 30 oktyabr 2020-ci ildə Laçın istiqamətində həlak olmuşdur. 31 oktyabr 2020-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anasının yanında torpağa tapşırılmışdır.
Subay idi.
Для отправки комментария необходимо войти на сайт.