VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN CEYHUN HÜSEYNOV

Стандартный

Ceyhun Aydın oğlu Həsənov (29 oktyabr 1985ÇeşməliTovuz rayonu — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi.

Ceyhun Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində anadan olub.1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məкtəbdə, 2001–2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə,  2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) «Motoatıcı» ixtisası üzrə  təhsil alıb. Ailəli idi . 2 əkiz oğlu var.

Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində,  2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən ı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və elə birinci gün həlak olub. İkinci Fəxri Xiyabanda dəfn edilib.

Обсуждение закрыто.