VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏTTAR PİRİYEV

Стандартный

Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998Quba rayonuAzərbaycan — 7 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Milli Qehraman leytenantı.

Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.

Leytenant Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edirdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib.

Səttər Piriyev noyabrın 7-də Xocavənd döyüşləri zamanı «Qızılqaya» və «Üçtəpə» adlandırılan ərazilər istiqamətində həlak olub. Quba rayonunda dəfn edilib.

Обсуждение закрыто.