VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÖYAD MƏMMƏDOV

Стандартный

Röyad Məmmədov (tam adı: Röyad Famil oğlu Məmmədov; 25 oktyabr 2000MasallıMahmudavar kəndi — 8 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Röyad Məmmədov 2000-ci il oktyabr 25-də Masallı rayonunun Mahmudavar kəndində anadan olub. 2018-ci ildə Mahmudavar kənd tam orta məktəbini bitirir və Qərbi Kaspi Universitetinin nəzdində yaradılmış Qərbi Kaspi Kollecinə daxil olur. 1 ay təhsil aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılır.

Röyad Məmmədov 2018-ci ilin oktyabr ayından 2020-ci ilin aprel ayına qədər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzulininXocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Laçından Şuşaya gələn yolu ələ keçirmək uğrunda gedən döyüşlərdə zamanı həlak olub. Mahmudavar kəndinda dəfn edilib.

Обсуждение закрыто.