VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BƏHRUZ ƏLİYEV

Стандартный

Bəhruz Elman oğlu Əliyev (24 oktyabr 1997Bakı – 28 sentyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bəhruz Əliyev 24 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri  Sabunçu rayonu  Maştağa qəsəbəsindəki 187 №-li tam orta məktəbin n məktəbin 9-cu sinfini bitiri təhsilini aşpaz ixtisası üzrə Maştağa qəsəbəsindəki 13 №-li Bakı Peşə Məktəbində 2 il davam etdirib. Peşə təhsilini 2015-ci ildə tamamlayır.

2019-cu ilin oktyabr ayının 22-də hərbi xidmətə yola düşür. Goranboy rayonunun Ballıqaya kəndində N saylı hərbi hissədə xidmətə başlayır. Xidmətini bir müddət sonra Tərtər rayonunun Sarov kəndində davam etdirir. Daha sonra yenidən Goranboy rayonuna qayıdır. Goranboy rayonu Tap Qaraqoyunlu kəndində N saylı hərbi hissədə bir müddət motoatıcılıq kurslarına cəlb edilir. 

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 28-i son dəfə yaralı əsgər xilas edib döyüşə qayıdanda   minamyotun qəlpələri sağ ayağını ağır yaralayır. Hospitala çatdırılarkən kəskin qanitirmədən vəfat edib.

Bəhruz Əliyev sentyabr ayının 29-da Maştağa qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilir.

Обсуждение закрыто.