VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİCAT ŞÜKÜRLÜ

Стандартный

Nicat Ayaz oğlu Şükürlü (23 oktyabr 1991Səbail rayonuAzərbaycan — 11 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Nicat Şükürlü 1991-ci il oktyabrın 23-də Səbail rayonunun Badamdar qəsəbəsində anadan olub.[1] 1998-2009-cu illərdə Bayıl qəsəbəsində 49 saylı «Intellect» liseyində təhsil alıb. 2014-2019-cu illərdə isə Slavyan Universitetində (BSU) «Beynəlxalq münasibətlər» üzrə ali təhsil alıb. Karate idman növü ilə məşğul olub və Azərbaycan daxili yarışlarda bir sıra nailiyyətlər əldə edib. Subay idi.

Nicat Şükürlü 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 11-də Hadrut döyüşləri zamanı həlak olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn edilib.

Обсуждение закрыто.