VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR:VƏFADAR QULUZADƏ

Стандартный

Vəfadar Fəqan oğlu Quluzadə (19 oktyabr 2001BünyadlıBeyləqan rayonu – 3 oktyabr 2020TalışTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vəfadar Quluzadə 19 avqust 2001-ci ildə Beyləqan rayonunun Bünyadlı kəndində dünyaya göz açmışdır.  2007-2018-ci illərdə Beyləqan rayon Bünyadlı kənd Yunis Quliyev adına tam orta məktəbdə orta təhsil almışdır.

2019-cu ildə həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunun Ballıqaya və Ağcakənd kəndlərində yerləşən «N» saylı hərbi hissələrdə xidmət etmişdir. 1 il burada xidmət etdikdən sonra Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətin davam etdirmişdir.

Vəfadar Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 3 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Обсуждение закрыто.