VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAHİB HƏSƏNOV

Стандартный

Sahib Azər oğlu Həsənov (19 oktyabr 1999GəncəAzərbaycan — 17 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sahib Həsənov 19 oktyabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 2017-ci ildə Gəncə şəhər 7 nömrəli tam orta məktəbi bitirmişdir.

Sahib Həsənov 2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmışdır.  2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi.

Sahib Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 17 oktyabr2020-ci ildə Kəlbəcər rayonu istiqamətində həlak olmuşdur. 18 oktyabr2020-ci ildə Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Обсуждение закрыто.