VƏTƏN MÜHARİBSİNDƏ HƏLAK OLANLAR: XƏYAL BALAKİŞİYEV

Стандартный

Xəyal Müseyib oğlu Balakişiyev (17 oktyabr 1994BakıAzərbaycan — 25 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xəyal Balakişiyev 1994-cü il oktyabrın 17-də Bakı şəhərində anadan olub.  2001-2012-ci illərdə Yasamal rayonunda H. Aslanov adına 175 nömrəli tam orta məktəbdə təhsil alıb.

Xəyal Balakişiyev 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.   2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Xəyal Balakişiyev oktyabrın 25-də həlak olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Обсуждение закрыто.