VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MİRBALA RƏSULOV

Стандартный

Mirbala Əmirağa oğlu Rəsulov (17 oktyabr 1989Şabran rayonuAzərbaycan SSR — 6 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Mirbala Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub.  Ailəli idi. 2 qızı yadigar qaldı.

 Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 6-da Füzuli döyüşləri zamanı həlak olub. Şabran rayonunun Rəhimli kəndində dəfn edilib.

Обсуждение закрыто.