VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SAATMİRZƏ ƏZİMOV

Стандартный

Saatmirzə Feyruz oğlu Əzimov (16 oktyabr 1997SiyəzənAzərbaycan — 17 dekabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Saatmirzə Əzimov 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil almışdır.

Saatmirzə Əzimov 20152017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir.

2020-ci ilin    sentyabr ayında Saatmirzə Əzimov hərbi xidmətə çağırılmış, 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində   FüzulininCəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Saatmirzə Əzimov 17 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada vəfat etmişdir.

Обсуждение закрыто.