VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏDƏLİ ƏLƏKBƏROV

Стандартный

Məhəmmədəli Bayram oğlu Ələkbərov (15 oktyabr 1990Ağstafa rayonuAzərbaycan SSR — 21 oktyabr 2020Zəngilan rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri.

Məhəmmədəli Ələkbərov 1990-cı il oktyabrın 15-də Ağstafa rayonunun Poylu qəsəbəsində anadan olub.  Ailəli idi. 2 qızı yadigar qaldı.

 Məhəmmədəli Ələkbərov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Zəngilan döyüşləri zamanı həlak olub. Ağstafa rayonunun Poylu qəsəbəsində dəfn edilib.

Обсуждение закрыто.