VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CEYHUN DÜNYAMALIYEV

Стандартный

Ceyhun Zeynal oğlu Dünyamalıyev (15 oktyabr 1996CulfaAzərbaycan — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Ceyhun Dünyamalıyev 1996-cı il oktyabrın 15-də Culfa şəhərində anadan olub. 2002-2011-ci illərdə Culfa şəhərində 3 nömrəli tam orta məktəbdə, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Ceyhun Dünyamalıyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində «leytenant» hərbi rütbəsində xidmət edirdi.

Ceyhun Dünyamalıyev 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də həlak olub. Culfa şəhərində dəfn edilib.

Обсуждение закрыто.