Daily Archives: 30.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞAD MİKAYILZADƏ

Стандартный

Rəşad Mikayılzadə (tam adı: Rəşad İlham oğlu Mikayılzadə; 30 sentyabr 1995CamaşəirLerik rayonuAzərbaycan — 9 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunun Camaşəir kəndində anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 240 nömrəli tam orta məktəbdə aldıqdan sonra  Sumqayıt Dövlət Universitetində ali təhsil almışdır. Qazaxda həqiqi hərbi xidmət etmişdir.

2020-ci ildə Rəşad Mikayılzadə yenidən səfərbər olunmuş, həmin ilin sentyabrının 27-dən  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.  Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə snayperlə açılan atəş nəticəsində həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: LEYTENANT HƏSƏN QULİYEV

Стандартный

Həsən İbrahim oğlu Quliyev (30 sentyabr 1996Şərur rayonuAzərbaycan — 30 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Həsən Quliyev 1996-cı il sentyabrın 30-da Şərur rayonunun Qarahəsənli kəndində anadan olub. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

 Həsən Quliyev 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSRAYIL CƏFƏRZADƏ

Стандартный

İsrayıl Namiq oğlu Cəfərzadə (30 sentyabr 2000Sabunçu rayonuBakıAzərbaycan — 16 oktyabr 2020SuqovuşanTərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İsrayıl Cəfərzadə 30 sentyabr 2000-ci ildə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. Əslən Ağsu rayonundan idi.  2007-ci ildə Akif Qambayzadə adına Sabunçu rayon 148 nömrəli məktəbdə 1-ci sinifə daxil olmuşdur. O, 2016-ci ildə məktəbi bitirdikdən sonra Bakı Dövlət Peşə Təhsil Mərkəzində texnoloji qurğuların operatorluğu ixtisası üzrə təhsil almışdır. 

O, təhsilini bitirdikdən sonra 2019-cu ilin 2 iyul tarixində hərbi xidmətə yollanmışdır. 

 İsrayıl Cəfərzadə 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  16 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə  həlak olmuşdur. Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.