VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BİLAL QƏNBƏROV

Стандартный

Bilal Qənbərov (tam adı: Bilal Xanlar oğlu Qənbərov; 29 sentyabr 1993BakıAzərbaycan — 3 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bilal Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb. Bir qızı yadigar qalıb.

Bilal Qənbərov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

 Bilal Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınHadrutunFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də Şuşa döyüşləri zamanı həlak olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn edilib.

About Xeyrulla Xəyal

Xeyrulla Xəyal (Süleymanov Xeyrulla Cahangir oğlu) 18 noyabr 1953-cü ildə Azərbaycanda, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində anadan olub. 1972-ci ildə Əlibayramlı pedaqoji məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Universitetini, 1984-cü ildə M. Qorki adına Ədəbiyyat institututunun aspiranturasını bitirmişdir. 1985-ci ildən Samarada yaşayır.

Обсуждение закрыто.