Daily Archives: 29.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BİLAL QƏNBƏROV

Стандартный

Bilal Qənbərov (tam adı: Bilal Xanlar oğlu Qənbərov; 29 sentyabr 1993BakıAzərbaycan — 3 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Bilal Qənbərov 1993-cü il sentyabrın 29-da Bakı şəhərində anadan olub. 2000-2011-ci illərdə Səbail rayonunun E. Əliyev adına 162 nömrəli tam orta məktəbində təhsil alıb. Bir qızı yadigar qalıb.

Bilal Qənbərov 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

 Bilal Qənbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınHadrutunFüzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 3-də Şuşa döyüşləri zamanı həlak olub. Səbail rayonunun Badamdar qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR NURİYEV

Стандартный

Vüqar Hafis oğlu Nuriyev (29 sentyabr 2000İmişli rayonu – 1 noyabr 2020Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüqar Nuriyev 29 sentyabr 2000-ci ildə İmişli rayonunda anadan olub. 2007-2018-ci illərdə şəhid Şahin Məmmədov adına 3 saylı tam orta məktəbdə təhsil almışdır.

Vüqar Nuriyev 2018-2020-ci illərdə Naxçıvan MR-nın Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.  2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ  müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, ocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa döyüşlərində həlak olub.


VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN ŞIXIYEV

Стандартный

Orxan Raqif oğlu Şıxıyev (29 sentyabr 1989Daşkəsən rayonuAzərbaycan SSR — 2 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Şıxıyev 1989-cu il sentyabrın 29-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olub.

 Orxan Şıxıyev 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 2-də Şuşa döyüşləri zamanı həlak olub.