
Türkman Yolçu oğlu Məmmədov ( Məmmədov Türkman Yolçu oğlu; 27 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Türkman Məmmədov 28 sentyabr 1998-ci il tarixində Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonu 22 saylı orta məktəbdə almışdır. 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil almışdır.
2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Füzuli, Cəbrayıl rayonlarının və Xocavənd rayonun kəndlərinin alınmasında iştirak edib. 27 oktyabr 2020-ci ildə Füzuli— Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Понравилось это:
Нравится Загрузка...
Похожее
Для отправки комментария необходимо войти на сайт.