Daily Archives: 28.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT AĞAQARDAŞ ABBASOV

Стандартный

Ağaqardaş İlham oğlu Abbasov (28 sentyabr 1992Zərdab rayonuAzərbaycan — 28 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

Ağaqardaş Abbasov 1992-ci il sentyabrın 28-də Zərdab rayonunun Hüseynxanlı kəndində anadan olub.

Baş leytenantı olan Ağaqardaş Abbasov 2020-ci il sentyabrın 27-də  Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və sentyabrın 28-də həlak olub. Zərdab rayonunun Hüseynxanlı kəndində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TÜRKMAN MƏMMƏDOV

Стандартный

Türkman Yolçu oğlu Məmmədov ( Məmmədov Türkman Yolçu oğlu;27 oktyabr 2020)— Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Türkman Məmmədov 28 sentyabr 1998-ci il tarixində Gədəbəy rayonunun Hacılar kəndində anadan olub. Orta təhsilini Cəbrayıl rayonu 22 saylı orta məktəbdə almışdır. 17 saylı Bakı Peşə Liseyində rabitə ixtisası üzrə təhsil almışdır.

2019-cu ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağrılıb. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları bölməsində atıcı-zenitçi kimi xidmət edib. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində FüzuliCəbrayıl rayonlarının və Xocavənd rayonun kəndlərinin alınmasında iştirak edib. 27 oktyabr 2020-ci ildə Füzuli— Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur.