VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN QURBANLI

Стандартный

Nurlan Süleyman oğlu Qurbanlı (27 sentyabr 2001Xırdalan şəhəriAzərbaycan — 5 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Abşeron rayonu Nübar qəsəbəsində yerləşən Xanlıq kənd 3 saylı tam orta məktəbdə təhsil almış, ardınca təhsilini Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirmişdir. Kollecdən “Gəmi mexanizmlərinin təmiri üzrə çilingər” ixtisası üzrə məzun olmuşdur.

Nişanlı idi.

Nurlan Qurbanlı 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış və Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir.

 Nurlan Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur.

Обсуждение закрыто.