VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT İLKİN MURADLI

Стандартный

İlkin İlyas oğlu Muradlı (27 sentyabr 1995ŞahbuzNaxçıvan Muxtar Respublikası – 9 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində dünyaya göz açmışdır.  Orta təhsil aldıqdan sonra 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətinə başlamışdır. 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirmişdir.

 İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.

Обсуждение закрыто.