Daily Archives: 27.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PƏRVİZ ƏLƏSGƏROV

Стандартный

Pərviz Lətif oğlu Ələsgərov (27 sentyabr 1984Daşkəsən rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.

Pərviz Ələsgərov 1984-cü il sentyabrın 27-də Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində anadan olub.

 Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə  iştirak edib Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURLAN QURBANLI

Стандартный

Nurlan Süleyman oğlu Qurbanlı (27 sentyabr 2001Xırdalan şəhəriAzərbaycan — 5 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Abşeron rayonu Nübar qəsəbəsində yerləşən Xanlıq kənd 3 saylı tam orta məktəbdə təhsil almış, ardınca təhsilini Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində davam etdirmişdir. Kollecdən “Gəmi mexanizmlərinin təmiri üzrə çilingər” ixtisası üzrə məzun olmuşdur.

Nişanlı idi.

Nurlan Qurbanlı 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağrılmış və Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmişdir.

 Nurlan Qurbanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.  Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BAŞ LEYTENANT İLKİN MURADLI

Стандартный

İlkin İlyas oğlu Muradlı (27 sentyabr 1995ŞahbuzNaxçıvan Muxtar Respublikası – 9 noyabr 2020Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı.

İlkin Muradlı 27 sentyabr 1995-ci ildə Şahbuz şəhərində dünyaya göz açmışdır.  Orta təhsil aldıqdan sonra 2011-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirmişdir. 2014-cü ildə hərbi liseyi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2017-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi ilə hərbi xidmətinə başlamışdır. 29 iyun 2020-ci ildə baş leytenant rütbəsi alaraq hərbi xidmətini davam etdirmişdir.

 İlkin Muradlı 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir.  9 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.