VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏNAN SEYFULLAYEV

Стандартный

Sənan Mətləb oğlu Seyfullayev (26 sentyabr 1998ƏrkivanMasallıAzərbaycan — 30 oktyabr 2020Qubadlı rayonuAzərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sənan Seyfullayev 1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Subay idi.

Sənan Seyfullayev Vətən müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı həlak olub. 71 gün itkin kimi axtarılan Sənan Seyfullayevin nəşi 2021-ci ilin yanvarın 10-da tapılıb. O, 12 yanvar 2021-ci il tarixdə doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Обсуждение закрыто.