VƏTƏN MÜHARİBƏSİDƏ HƏLAK OLANLAR: PƏRVİN BABAYEV

Стандартный

Pərvin Babayev (tam adı: Pərvin Hüseyn oğlu Babayev; 26 sentyabr 2001SaratovRusiya — 5 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 6-da həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.