Daily Archives: 26.09.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏNAN SEYFULLAYEV

Стандартный

Sənan Mətləb oğlu Seyfullayev (26 sentyabr 1998ƏrkivanMasallıAzərbaycan — 30 oktyabr 2020Qubadlı rayonuAzərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Sənan Seyfullayev 1998-ci il sentyabrın 26-da Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 2015-ci ildə Cəfər Cabbarlı adına qəsəbə 1 nömrəli tam orta məktəbini bitirib. 2016-cı ilin oktyabr ayında müddətli hərbi xidmətə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı əsgər kimi xidmət edib. 2017-ci ilin aprelində ordu sıralarından tərxis olunub. Subay idi.

Sənan Seyfullayev Vətən müharibəsinin ilk günündən torpaqlarımızı düşmən tapdağından azad etmək üçün könüllü olaraq müharibəyə yollanıb. O, oktyabrın 30-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə, “Qanlı Təpə” yüksəkliyinin düşməndən azad edilməsi zamanı həlak olub. 71 gün itkin kimi axtarılan Sənan Seyfullayevin nəşi 2021-ci ilin yanvarın 10-da tapılıb. O, 12 yanvar 2021-ci il tarixdə doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

VƏTƏN MÜHARİBƏSİDƏ HƏLAK OLANLAR: PƏRVİN BABAYEV

Стандартный

Pərvin Babayev (tam adı: Pərvin Hüseyn oğlu Babayev; 26 sentyabr 2001SaratovRusiya — 5 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Pərvin Babayev 2001-ci il sentyabrın 26-da Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. 2008-2019-cu illərdə Sumqayıt şəhərində 6 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Pərvin Babayev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.

Pərvin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 6-da həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELMƏDDİN TALIBOV

Стандартный

Elməddin Talıbov (tam adı: Elməddin Məmməd oğlu Talıbov; 26 sentyabr 1998YardımlıAzərbaycan — 5 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Elməddin Talıbov 1998-ci il sentyabrın 26-da Yardımlı rayonunun Şıxlar kəndində anadan olub. Subay idi.

Elməddin Talıbov 2020-ci il sentyabrın 27-dəErmənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 5-də həlak olub. Yardımlı rayonunda dəfn edilib.