VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD ELŞƏN OĞLU MƏMMƏDOV

Стандартный

Murad Elşən oğlu Məmmədov (25 sentyabr 1996BakıAzərbaycan — 15 oktyabr 2020Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Murad Məmmədov 1996-cı il sentyabrın 25-də Bakı şəhərində anadan olub.[1] 2002–2013-cü illərdə 272 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə isə Ərciyəs Universitetində «Rus dili və ədəbiyyat» üzrə ali təhsil alıb. Təhsildə fərqləndəyi üçün təhsilinin bir ilini Bolqarıstanın Sofiya şəhərində davam edib.

Murad Məmmədov 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-yə müraciət edib və sentyabrın 20-də təlimlərə yollanıb.

 Murad Elşən oğlu Məmmədov 2020-ci il sentyabrın 27-də Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 15-də Hadrut döyüşləri zamanı həlak olub.

Обсуждение закрыто.